YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Pakistana səfərə yola düşüb

Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Pakistanın dövlət və hərbi rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə edilməsi, regional təhlükəsizlik üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər noyabrın 19-dək davam edəcəkdir.