YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Argentina münasibətlərinə dair müzakirələr aparılıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Argentinanın Xarici İşlər və Etiqad naziri Xorxe Fori ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı Azərbaycan ilə Argentina arasında əlaqələrin cari vəziyyətindən razılıq ifadə olunub. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb. Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıblar. Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Zirvə görüşündə Argentina nümayəndə heyətinin iştirakının məmnuniyyət doğuracağını həmkarının diqqətinə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.