YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq

Cari ilin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evinin açılması nəzərdə tutulur.

Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 20-də jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, Çində Azərbaycanın məhsullarının tanıdılması davam edəcək: “Bu gün Çinin CAMCE şirkəti ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında imzalanan anlaşma memorandumu işlərin daha da sürətlənməsinə imkan verəcək”.