YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa deputatlarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri yolverilməzdir. Biz digər üzv dövlətlərin bununla bağlı mövqe bildirmələrini istəyirik.

Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə bildirib.

Komitə sədri qeyd edib ki, Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməli və bu təxribatlara ad verməlidirlər. Heç bir xalq silah gücü ilə digər xalqın müqəddəratını təyin edə bilməz. Azərbaycan torpaqlarının işğal olunması bütün dünyaya bəllidir. Eyni zamanda, bütün beynəlxalq təşkilatlar bilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlı əhali etnik təmizlənməyə məruz qalıb və hazırda Dağlıq Qarabağda heç bir azərbaycanlı yaşamır. “Bu gün qaçqın və məcburi köçkün vətəndaşlarımız Azərbaycanın 59 şəhər və rayonunda məskunlaşıblar. Belə olan halda ATƏT-in Minsk qrupunun həmsədrlərinin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir. Biz bunu pisləyirik və ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərdən buna mövqe bildirilməsini gözləyirik”, - deyə Rövşən Rzayev vurğulayıb.