YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycanın siyasi sistemi dinamik bir sistemdir və daim milli maraqlar ətrafında birləşməyi bacarır

“Azərbaycanın siyasi sistemi dinamik bir sistemdir və daim milli maraqlar ətrafında birləşməyi bacarır”. Bu fikri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bəzi radikal qruplaşmalar istisna olmaqla hər zaman Azərbaycanda hakim partiya və konstruktiv müxalifət partiyaları arasında dialoq, fikir mübadiləsi, milli maraqlar ətrafında birgə mövqeyin bildirilməsi kimi məsələlər mövcud olub.

“Bir gün öncə Ana Vətən Partiyasının təşəbbüsü ilə yenidən Azərbaycanın siyasi sistemində nüfuza sahib olan müxalifət partiyalarının əksəriyyəti bir araya gələrək hazırki mərhələdə Azərbaycanda baş verən siyasi prosesləri müzakirə edərək bir növ bugünkü çağırışlar ətrafında öz mövqelərini bildirməyi bacardılar. Bu görüşdən sonra bir bəyannamə qəbul olundu. Əlbəttə ki, Azərbaycan cəmiyyətinin də gözləntisi o idi ki, ilk növbədə burada Azərbaycanda həyata keçirilən islahatlara dəstək nümayiş etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın bütün siyasi düşərgəsinin birgə mövqeyinin qeyd olunması, seçki və bu kimi digər ümummilli əhəmiyyətli hadisələrdə qanunun hüquqi aililiyinin qorunması, xarici müdaxilələrin qarşısının alınması kimi məsələlər öz əksini tapsın və belə də oldu. Düşünürəm ki, bunların hər biri olduqca vacib idi”-deyə, H.Babaoğlu vurğulayıb.