YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TurAz Qartalı-2019” birgə təlimləri davam edir

“TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə sentyabrın 2-dən ölkəmizdə “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri başlayıb.

Təlimlərdə “MiQ-29”, “F-16”, “Su-25”, “P-235” “Kasa” təyyarələri, “Mi-35”, “Mi-17”, “Sikorski” UH-70, CH-47 “Çinok” və “ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.

Təlimlər sentyabrın 16-dək davam edəcək.