YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ICAPP-ın Baş katibi: Azərbaycan Asiya regionunda önəmli yerə malik bir ölkədir

Sentyabrın 5-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) nümayəndə heyəti ilə görüşüb.

Baş Nazirin müavini Asiyanın müxtəlif dinlərin və mədəniyyətlərin cəmləşdiyi böyük bir region olduğunu bildirib. Qeyd edib ki, bu regiondakı ölkələrin bir çoxunda iqtisadi inkişaf sürətlə gedir. Bununla paralel olaraq, regionda baş verən münaqişələr nəticəsində yoxsulluqdan əziyyət çəkən ölkələr də var. Bu baxımdan ICAPP-ın üzərinə mühüm məsuliyyət düşür.

Baş Nazirin müavini, həmçinin vurğulayıb ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ICAPP-ın beynəlxalq tədbirlərində iştirak edir və fəaliyyətini dəstəkləyir.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan son illər bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. O, ümidvar olduğunu bildirib ki, sentyabrın 6-da işə başlayacaq ICAPP Gənclər Birliyinin və Qadınlar Birliyinin Bakı Konfransı bu nüfuzlu beynəlxalq qurumun daha da inkişaf etməsi işinə öz töhfəsini verəcək.

ICAPP-ın Baş katibi Park Ro-byug və Koreya parlamentinin üzvü Lee Sang Don təşkilatın Azərbaycan Hökuməti ilə əlaqələrindən bəhs ediblər. Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Park Ro-byug qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, eyni zamanda, ICAPP ilə YAP-ın əməkdaşlığından danışıb. Baş katib qeyd edib ki, ICAPP-ın daimi komitəsinin 23 üzvü arasında YAP da təmsil olunur. Bu, göstərir ki, Azərbaycan Asiya regionunda önəmli yerə malik bir ölkədir.