YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Uşaqların III Ümumrespublika Forumu keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə noyabrın 17-də Bakıda Uşaqların III Ümumrespublika Forumu keçirilir.
Forumda 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedada malik, xüsusi qayğıya ehtiyacı olan, digər millətlərdən, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar iştirak edirlər.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxudu.
Sonra uşaq siyasəti ilə bağlı film nümayiş olundu.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdi ki, ötən forumlarda iştirak edən uşaqların səsləndirdikləri bütün təkliflər hökumət tərəfindən hazırlanan müxtəlif proqramlarda öz əksini tapıb. Forum həm də əsas verir ki, hər bir uşaq onu düşündürən, narahat edən məsələləri dilə gətirsin, problemlərin birgə həlli yolları araşdırılsın.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.
Forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunacaq.