YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycandan 612 min tonadək neft məhsulları ixrac edilib

Cari ilin yanvar-iyul aylarında ölkədən 611 min 313 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 306 milyon 725 min ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Xatırladaq ki, ötən ilin 7 ayında ölkədən 636 min 572 ton neft məhsulları ixrac olunmuş, həmin ixracın dəyəri 334 milyon 6 min dollar təşkil etmişdi.