YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə mətbuatı: Ermənistanın son təxribatları beynəlxalq hüquqa hörmətsizlikdir

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 tipli helikopterin məhv edilməsinə gətirib çıxaran hadisələri təcavüzkar ölkənin illərdən bəri həyata keçirdiyi təxribatların davamı kimi qiymətləndirir.

Yayılan materiallarda Ermənistan silahlı qüvvələrinin işğal altında olan Azərbaycan ərazilərində keçirdiyi hərbi təlimlər zamanı təxribat xarakterli uçuşlar həyata keçirilməsinin nəticəsi olaraq düşmənin helikopterinin vurulduğu və burada qeyri-adi heç nəyin olmadığı diqqətə çatdırılır. Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındakı Azərbaycan ərazilərində hərbi təlimlər keçirilməsi növbəti təxribat, beynəlxalq hüquqa hörmətsizlikdir. Baş verən hadisə qardaş ölkədə sosial şəbəkələrdə də müzakirə mövzusudur. Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən insanlar dünya ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətinin qarşısını almağa çağırırlar.