YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Milli Yaylaq Festivalı xalqımızın çoxəsrlik adət-ənənələrini özündə əks etdirdi

“Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir. Milli-mənəvi dəyərlərimizin xalqımızın formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Gədəbəy rayonunda keçirilən ilk Milli Yaylaq Festivalı da xalqımızın çoxəsrlik adət-ənənələrini özündə əks etdirdi”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu gün Azərbaycan müasir, dünya birliyinə sürətlə inteqrasiya edən bir ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesi bizim ölkədən də yan keçməyib. Buna baxmayaraq, biz qloballaşma adı altında öz milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərlərə sadiq olmalı, gənc nəsli vətənpərvərlik ruhunda yetişdirməliyik. Hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir.

“Bu gün müasir Azərbaycan Ümummilli Liderimiz Heydər Əiyevin siyasi kursunun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bütün bunların fonunda Milli Yaylaq Festivalının keçirilməsi Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, nadir mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və turizm potensilaının nümayiş etdirilməsi məqsədi daşıyır. Bu kimi tədbirlər tariximizi yaşadır. Eyni zamanda, hesab edirəm ki, bundan sonra həmin bölgəyə turist axını daha da artacaq”-deyə, S.Əliyeva vurğulayıb.