YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İyunda Azərbaycan qeyri-neft sektoruna aid məhsulları ən çox Rusiyaya göndərib

İyunda ölkəmizin qeyri-neft sektoru üzrə ixracının dəyəri 192 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın dəyəri 13 milyon dollar və ya 7 faiz artıb.

İyunda qeyri-neft sektoruna aid ən çox məhsul Rusiyaya (93,8 milyon dollar), Türkiyəyə (32,5 milyon dollar), İsveçrəyə (14,7 milyon dollar), Gürcüstana (8,4 milyon dollar) və Ukraynaya (5,7 milyon dollar) ixrac edilib.

May ayında olduğu kimi, iyunda da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon dollar) birinci olub. Bu siyahıda albalı və gilas (29,6 milyon dollar) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 13,5 milyon dollar) üçüncü yerdə qərarlaşıb.