YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Qətər şirkətləri qarşılıqlı ixrac və investisiya qoyuluşunu müzakirə ediblər

Azərbaycanla Qətər şirkətləri qarşılıqlı ixrac və investisiya qoyuluşunu müzakirə ediblər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda Qətərdən olan iş adamları ilə görüş keçirilib. Görüşdə “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə görülən işlər, sahibkarlara göstərilən dəstək tədbirləri barədə məlumat verilib, Azərbaycanın iqtisadi mühitinə dair təqdimat keçirilib.

Tədbirdə hər iki ölkənin şirkətləri arasında qarşılıqlı ixrac və investisiya qoyuluşu istiqamətində fikir mübadiləsi aparılıb.