YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Türk Hava Yolları" viza rejiminin ləğvi ilə bağlı Azərbaycana aviadaşımaların artacağını proqnozlaşdırır

Viza rejiminin ləğv edilməsi "Türk Hava Yolları" ilə Azərbaycana daşınmaları artıracaq.

Bunu özəl olaraq Trend-ə  "Türk Hava Yolları"nın Bakı nümayəndəliyinin direktoru Seyfulla İlyas deyib.

Direktorun sözlərinə görə, Azərbaycana səfər edən Türkiyə vətəndaşları daha öncə də çox asan şəkildə viza alırdılar. Lakin viza rejiminin ləğvi ilə Türkiyədən Azərbaycana gələn turistlərin sayı artacaq.

Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabr ayının 1-dən etibarən Azərbaycanın Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rejimini ləğv edəcəyi barədə bildirib.

 

DİGƏR Xəbərlər Arxiv