YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunub

“Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Bu amil ölkəmizdə mötəbər idman tədrilərinin keçirilməsini şərtləndirir”. Bu fikirləri yap.org.az saytına Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf edir, eləcə də, ölkəmizdə sabitlik, əminamanlıq hökm sürür. Onun sözlərinə görə, bütün bunlar ölkəmizin imicini daha yüksəldir və beynəlxalq tədbirlərin məkanı kimi Azərbaycanın seçilməsində vacib rol oynayır.

“Azərbaycan müasir ölkədir, bütün şəhər və bölgələrimiz inkişaf edir, yaradılan yeni infrastruktur, yenidən qurulan idman qurğuları və komplekslər beynəlxalq aləmdə Azərbaycanın reytinqinin yüksəlməsinə gətirib çıxarıb. Bu gün Azərbaycan  bir çox inkişaf etmiş ölkələrlə böyük tədbirlərin keçirilməsinə ev sahibliyi etmək üçün bərabərhüquqlu mübarizə aparır və bir çox hallarda üstünlük qazanır. Azərbaycan ilk Avropa Oyunlarına, Formula 1 yarışlarına, İslam Həmrəyliyi Oyunlarına, UEFA Avropa Liqasının final oyununa və digər mötəbər beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmiş ölkədir. Bugünlər isə paytaxtımız  Bakıda  XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilir. Bu tədbirin yüksək səviyyədə təşkil olunması  bir daha göstərir ki, ölkəmiz istənilən mötəbər yarışları keçirməyə qadirdir. Bu tipli böyük yarışların təşkilində ölkəmizin kifayət qədər təcrübəsi var. Ona görə də,  Azərbaycan hər zaman istənilən mötəbər tədbirlərə ev sahibliyi etməyə hazırdır. Hesab edirəm ki, Bakıda keçirilən yay olimpiya festivalı Avropa gənclərində unudulmaz, xoş təəssüratlarla yadda qalacaq” - deyə, S.Hüseynova qeyd edib.