YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində sosial-iqtisadi sahədə ciddi nəticələr əldə edilir

«Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində sosial-iqtisadi sahədə ciddi  nəticələr əldə edilir». Bu fikri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, başlıca məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması və digər məsələlərdir. Onun sözlərinə görə, mütərəqqi siyasət həyata keçirən dövlətimizdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

“Vətəndaşlara qayğı, onun həyat səviyyəsinin yüksəldilməsi Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Ümumilikdə, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr  dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirir”-deyə, deputat qeyd edib.