YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ səfiri: Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir

“Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər var və biz bunun inkişafında maraqlıyıq”.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Baş Nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ilə keçirdiyi görüşdə bildirib.

Ə.Əhmədov deyib ki, bir çox məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür və bu da əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Baş Nazirin müavini qeyd edib ki, Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edir.

Li Litzenberqer ABŞ-ın Azərbaycanın müstəqilliyini və suverenliyini güclü şəkildə dəstəklədiyini vurğulayıb: “Azərbaycanın regionda və daha geniş aləmdə oynadığı rol, eyni zamanda təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir. Bu istiqamətdə beynəlxalq səylər və etibarlı tərəfdaşlıq ABŞ hökuməti tərəfindən müsbət dəyərləndirilir”.

Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.