YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 12-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birlik tərəfindən (IUCN) Avstraliyanın Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib. Ümumdünya Parklar Konqresi 10 ildən bir keçirilir. Noyabrın 19-dək davam edəcək hazırkı tədbir sayca 6-cıdır. Bu il keçirilən toplantı mühafizə olunan ərazilərin daha səmərəli idarə edilməsi və saxlanılması ilə bağlı qabaqcıl təcrübənin və biliklərin bölüşməsinə həsr olunub. Tədbirdə bir sıra dövlətlərin prezidentləri, ətraf mühitin mühafizəsi üzrə məsul olan nazirlər və digər yüksək vəzifəli şəxslər, eləcə də beynəlxalq və regional təşkilatların rəhbərləri, tanınmış mütəxəssislər və aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında ölkəmizin ətraf mühitin mühafizəsi sahəsindəki təcrübəsi və bu istiqamətdə görülən tədbirlər barədə çıxış edəcək. Leyla Əliyevanın tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur. Qeyd edək ki, konqresin keçirildiyi ərazidə ətraf mühit sahəsində aparıcı təşkilat olan IDEA İctimai Birliyinin fəaliyyətini əks etdirən pavilyon da qurulub.


 

DİGƏR Xəbərlər Arxiv