YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Mehbalıyev: Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması ölkədə sosial ədalətin inkişafına təkan verəcək

«Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması üçün 2010-cu ildən fəaliyyət göstəririk. Komissiyanın yaradılması prosseduru AHİK, Hökumət və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası arasında imzalanan Baş Kollektiv Sazişin müddəalarında öz əksini tapıb». Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında deyib.

S.Mehbalıyev bildirib ki, artıq bu məsələ öz həllini tapmaq üzrədir. Onun sözlərinə görə, həmkarlar ittifaqlarının üzvləri  bu komissiyanın yaradılması işinə cəlb edilib.

«Apardığımız sorğuların nəticəsi göstərib ki, bu komissiyanın yaradılması vacibdir. Komissiyanın yaradılması ölkədə sosial ədalətin inkişafına təkan verəcək. Biz gələcəkdə sosial islahatlar aparmaqla, narazı işçilərin problemlərinin həllinə dəstək olacağıq. Azərbaycanda bir müddət əvvəl əməyin mühafizəsi ilə bağlı üçtərəfli komissiya yaradılandan sonra iş yerlərində bədbəxt hadisələrin sayı azalıb. Ümid edirəm ki, gələcəkdə sosial yönümlü qanunların qəbul edilməsinə zərurət yaransa, bu qanunlar müzakirə olunmaq üçün üçtərəfli komissiyalara göndəriləcək və bu qanunların qəbulu üçün komissiyaların rəyi nəzərə alınacaq»- deyə, S.Mehbalıyev vurğulayıb.