YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşad Nəsirov: Konstitusiyamız hüquqi, demokratik, konstitusion dövləti inkişaf etdirmək üçün yetərincə hüquqi bazanı təsbit edir

«12 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının ilk milli demokratik Konstitusiyası ümumxalq səsverməsi əsasında qəbul edildi. Bu Konstitusiyanın qəbulunu həm də siyasi, iqtisadi, sosial və mədəni sahələrdə baş verən fundamental dəyişikliklər, yeniliklər şərtləndirirdi. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesi fonunda mövcud şəraiti tənzimləyəcək, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında baş verən köklü dəyişiklikləri özündə ehtiva edəcək, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquq baza rolunu oynayacaq mütərəqqi  Əsas Qanun idi». Bu fikirləri yap.org.az saytına

müsahibəsində Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Konstitusiya öz sistemi, strukturu ilə, ayrı-ayrı bölmələrin və fəsillərin bir-birini tamamlamasıyla, konstitusion nizama salmanın predmetinə daxil olan məsələlərin hüquqi tənzimi etibarilə tam təkmildir. Onun sözlərinə görə, burada dövlət hakimiyyətinə münasibətdə hüququn aliliyi, hakimiyyətin mənbəyi, xalq suverenliyi, xalq hakimiyyətinin mənimməsinlməsi və məhdudlaşdırılmasının yolverilməzliyi məsələləri, eləcə də hakimiyyət bölgüsü mexanizmi, insan hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması məsələsi öz əksini tapır.

«Konstitusiyada, həmçinin dövlətin əsasları məsələsi təsbit olunmuşdu, Azərbaycan demokratik, dünyəvi, unitar və respublika idarəetmə formasına malik olan dövlət kimi elan olunmuşdu. Əsas Qanunun ikinci fəslinə nəzər yetirdikdə görürük ki, orada dövlətin əsasları, onun hüquqi dövlət kimi xarakterizə olunmasıyla ilə bağlı müddəalar öz əksini tapıb. 1995-ci il Konstitusiyası nə qədər təkmil və mütərəqqi olsa da, ötən  zaman müddətində ona əlavə və dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsverməsi – referendum keçirilib. Öncə 24 avqust 2002-ci il tarixində Konstitusiyaya 24 maddədə 29 əlavə və dəyişiklik edildi. Bundan sonra 2009-cu il mart ayının 18-də Azərbaycan Konstitusiyasının 25 maddəsinə 30-dan artıq əlavə və dəyişiklik edilmiş oldu. Azərbaycan Respublikasının Konstitusiyası  müasir dövrün ən demokratik prinsiplərini, müddəalarını təsbit edən ən təkmil konstitusiyalardan biridir. Bu Konstitusiya hüquqi, demokratik, konstitusion dövləti inkişaf etdirmək üçün yetirincə hüquqi bazanı təsbit edib»- deyə, E.Nəsirov qeyd edib.