YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın seçki kampaniyası uğurla davam edir

2014-cü ilin dekabr ayının 23-də keçiriləcək  bələdiyyə seçkilərində iştirak edən Yeni Azərbaycan Partiyasının seçki kampaniyası uğurla davam etməkdədir.

Nəzərdə tutulduğu kimi ölkə ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə ümumulikdə 15 mindən çox Yeni Azərbaycan Partiyasının üzvü namizəd irəli sürülmüşdür. Partiyanın seçki qərargahının və yerli orqanlarının ahəngdar fəaliyyəti nəticəsində irəli sürülmüş namizədlərin lehinə imzatoplama kampaniyası müvəffəqiyyətlə həyata keçirilməkdədir. Noyabr ayının 11-ə olan məlumata görə, irəli sürülmüş namizədlərdən 13 mindən çoxu imza vərəqələrini zəruri seçki sənədləri ilə birlikdə dairə seçki komissiyalarına təhvil vermişlər.

Yeni Azərbaycan Partiyası irəli sürdüyü namizədlərin lehinə imzaların toplanmasını və dairə seçki komissiyalarına təhvil verilməsini qarşıdakı günlər ərzində yekunlaşdırmağı planlaşdırır.