YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Azərbaycan dövləti öz sosial öhdəliklərini uğurla yerinə yetirir

“Azərbaycanda minimum əməkhaqqı son 1 il müddətində demək olar ki iki dəfə artırılıb. Prezident İlham Əliyev iyunun 18-də bu istiqamətdə sərəncamlar imzalamaqla bir daha göstərdi ki, Azərbaycanda daxili siyasət sosialyönümlüdür və dövlətimiz əhali qarşısında üzərinə götürdüyü sosial öhdəlikləri yerinə yetirmək iqtidarındadır”. Bu fikirləri  Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov  bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılan bu addımlar, ilk növbədə, cəmiyyətimizdə sosial ədalətin bərqərar olunmasından, hər bir vətəndaşa qayğısının artmasından xəbər verir. Onun sözlərinə görə, minimum əmək haqqının və dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan insanların əmək haqqlarının artırılması Azərbaycan dövləti tərəfindən öz sosial öhdəliklərinin uğurla yerinə yetirməsi deməkdir.

“2019-cu ilin əvvəlindən etibarən əhalinin sosial rifahının yaxşılaşdırılmasına dair Prezident tərəfindən imzalanmış fərman və sərəncamlar onu deməyə əsas verir ki, iyunun 18-də imzalanmış sərəncamlar sonuncu deyil, vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində yeni sənədlər imzalanacaq”-deyə, deputat qeyd edib.