YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: İmzalanan sərəncamlar ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə yönəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması üçün inqilabi addımlar atılır. Bu ili sosial müdafiə ili kimi də dəyərləndirmək olar. İmzalanan sərəncamlar cəmiyyətin həssas təbəqəsi ilə yanaşı, ümumilikdə ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə yönəlib.

Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

V.Gülməmmədov qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 milyon manat artırılır. Bu artım nəticəsində Fondun dövlət büdcəsindən asılılığının 38,3 faizdən 32,8 faizə düşməsi gözlənilir.