YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: 2018-ci ilin dövlət büdcəsi uğurla icra olunub

Bu gün Milli Məclisin iclasında 2018-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi haqqında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, 2018-ci ildə qlobal risklərə, dünyada baş verən təlatümlü hadisələrə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirib. Xüsusilə qeyri-neft, nəqliyyat sektorlarında və digər sahələrdə əvvəlki illərə nisbətən imkanlar genişlənib. Ötən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat vəsait qoyulub. Bu, əvvəlki ilə nisbətən 3 milyard manat çoxdur. Eyni zamanda, bu vəsaitlərin 70 faizi daxili mənbələr hesabına edilib.

Komitə sədri  deyib ki, keçən il makroiqtisadi stabilliyin daha da möhkəmlənməsinə, ümumi daxili məhsulun (ÜDM) 1,4 faiz, əhalinin adambaşına düşən gəlirlərinin 8,2 faiz artımına, milli valyutanın sabitliyinin qorunmasına nail olunub, əhalinin gəlirləri mövcud inflyasiyanı xeyli üstələyib. Cari ilin əvvəlində ölkənin ümumi valyuta ehtiyatları 44,5 milyard ABŞ dolları təşkil etməklə xarici dövlət borcumuzu təxminən 5 dəfə üstələyib və 2018-ci ildə istehsal olunmuş ÜDM-in 94,8 faizinə bərabər olub. Qlobal enerji qiymətlərində müşahidə olan dalğalanma nəticəsində “Azeri Light” markalı xam neftin 1 barrelinin dünya birjalarında satış qiyməti 2018-ci ildə orta hesabla 73,1 ABŞ dollar səviyyəsində qərarlaşıb ki, bu da 2017-ci illə müqayisədə 31,9 faiz, büdcədə nəzərdə tutulmuş proqnozlaşdırılan qiymət göstəriciləri ilə müqayisədə isə 32,7 faiz çox olub.

“2018-ci il üçün icmal büdcənin gəlirləri 2017-ci illə müqayisədə 6 milyard 849 milyon manat və ya 28,4 faiz artaraq 30 milyard 925 milyon manat təşkil edib, xərcləri isə 1 milyard 274 milyon manat və ya 5,1 faiz çoxalaraq 26 milyard 457 milyon manat olub. İcmal büdcə 1,5 milyard manat profisitlə proqnozlaşdırılsa da, 4,5 milyard manat profisitlə yekunlaşıb ki, bu da proqnoza nisbətən 3 milyard manat və ya üç dəfə çoxdur. Ötən il dövlət büdcəsinin mədaxili 22 milyard 509 milyon manat olmaqla proqnoza 101,6 faiz əməl edilib. Bu da 2017-ci illə müqayisədə 6 milyard manat və ya 36,3 faiz artım deməkdir. Bütövlükdə, 2018-ci ilin dövlət büdcəsi uğurla icra olunub”-deyə, komitə sədri qeyd edib.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.