YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin yaz sessiyası başa çatıb

Bu gün Milli Məclisin yaz sessiyasının son iclası keçirilib.

İclasda " 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Qeyd olunub ki, ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 508 869,7 min manat, xərclər isə 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilib.

Bundan başqa, 2019-cu il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.

 Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Bununla da, parlamentin 2018-ci il yaz sessiyası başa çatıb.

Parlamentin Oqtay Əsədov qeyd edib ki, iyun ayında Milli Məclisin növbədənkənar sessiyasının keçiriləcəyini bildirib.