YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsib Məhəməliyev: Prezident İlham Əliyev28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı bir sıra mesajlar verdi

“Prezident İlham Əliyev mövcud beynəlxalq vəziyyəti, çağırışları nəzərə alaraq, 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı bir sıra mesajlar verib”. Bu fikri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N. Məhəməliyev bildirib ki,  bu mesajlar ilk növbədə milli birliyə, indiki çətin geosiyasi bir dövrdə Azərbaycan xalqının bir yumruq kimi birləşməsinə bir çağırış idi. Çünki artıq dünyada yeni situasiyalar, Yaxın Şərq regionunda yeni münaqişə ocaqları yaranıb. Ona görə də, Azərbaycanın bugünkü sürətli inkişafını, gündən-günə güclənməsini, beynəlxalq aləmdə çəkisinin artmasını istəməyən qüvvələr fəallaşıb. Həmin qüvvələr bütün vasitələrdən istifadə edərək, Azərbaycanın inkişafının qarşısını almağa çalışırlar. Cəhd edirlər ki, ölkə daxilində xaotik bir vəziyyət yaratsınlar.

“Bu baxımdan dövlət başçısının mesajları çox əhəmiyyətlidir. Hesab edirəm ki, artıq bəziləri də qarayaxma kampaniyalarından əl çəkəcəklər. Hər bir Azərbaycan vətəndaşı ilk növbədə başa düşməlidir ki, dövlətimizin ərazi bütövlüyünün qorunması, Azərbaycanın milli maraqları hər şeydən önəmlidir. Bu baxımdan hər Azərbaycan vətəndaşı bu istiqamətdə əlindən gələni etməlidir”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv