YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritetdir

“Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələləri prioritet olaraq müəyyən edib”. Bu fikri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, bu istiqamətdə ötən il də sistemli və kompleks işlər həyata keçirilib. Nəticədə 2017-ci illə müqayisədə ÜDM-in real artım tempi 1,4, qeyri-neft sektorunun artım tempi isə 1,8 faiz təşkil edib. Bu dövr ərzində qeyri-neft sənayesində məhsul istehsalı 9,1 faiz, kənd təsərrüfatı məhsulu 4,6 faiz, pərakəndə ticarət 4 faiz artıb. Əvvəlki illə müqayisədə 2018-ci ildə qeyri-neft ixracı 9,8 faiz, o cümlədən sənaye məhsulları ixracı 6,2 faiz, kənd təsərrüfatı və emalı məhsulları ixracı 13,8 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı isə 56,2 faiz artıb.

“İxrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişləndirilməsi və idxalın əvəzlənməsi istiqamətində keçirilən islahatlar nəticəsində milli valyuta sabitləşib. Hesabat ili ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş 17,2 milyard manat investisiyaların 65,5 faizi, yaxud 11,3 milyard manatı qeyri-neft sektoruna yönəlib. 2018-ci il ərzində ölkənin qeyri-neft sektorunda 47 milyard manata yaxın əlavə dəyər yaradılıb ki, bu da əvvəlki illə müqayisədə 1,8 faiz çox olub. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 58,8 faiz təşkil edib. Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki illə müqayisədə 7,4 faiz artaraq 3,5 milyard manata çatıb. İl ərzində qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çəkisi 7,6 faiz olub”-deyə, nazir müavini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv