YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur

“Yeni Azərbaycan Partiyası  Azərbaycan cəmiyyətinin çox müxtəlif təbəqələrini özündə birləşdirir. Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur və YAP-ın fəaliyyətinə öz töhfələrini verməkdədirlər”. Bu fikirləri  Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası təkcə ictimai-siyasi həyatımızla  deyil, digər sahələr, o cümlədən ölkənin mədəni həyatında da yaxından iştirak edən insanlardan  ibarətdir. Buna görə də YAP-ın həyata keçirdiyi fəaliyyət təkcə siyasətlə baglı deyil, müxtəlif fəaliyyət sahələri, o cümlədən mədəniyyət və incəsənətlə bağlı olan sahələri əhatə edir. Onun sözlərinə görə, YAP-ın çox tanınmış simaları içərisində Azərbaycan mədəniyyətini, incəsənətini, ədəbiyyatını təmsil edən çoxlu sayda şəxslər var: “Onlar həm mədəniyyət və incəsənətə böyük töhfələrini verirlər, həm də, Azərbaycanın möhtəşəm siyasi təşkilatı olan YAP-ın fəaliyyətinin güclənməsi istiqamətində də xidmət göstərirlər. Beləliklə, partiyamızın  fəaliyyəti çoxşaxəlidir. Hesab edirəm ki, partiyamızın cəmiyyətdəki nüfuzunun yüksək olmasının səbəbləri bir tərəfdən  onunla əlaqədardır ki, Heydər Əliyev ideyalarını daşıyan YAP iqtidarın formalaşmasında bilavasitə rol oynayır, Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticələrin əldə olunmasında iştirak edir. Digər tərəfdən, YAP cəmiyyətin bütün təbəqələrinin yüksək nüfuzunu qazanmış bir təşkilat kimi fəaliyyət göstərir”.

Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası mədəniyyət, incəsənət  nümayəndələri ilə qarşılıqlı fəaliyyətinə yeni təkan, yeni nəfəs vermək niyyətindədir. YAP-ın Mədəniyyət Nazirliyi ilə yaxşı əlaqələrinin olduğunu deyən Əli Əhmədov qeyd edib ki, uzun illər davam edən bu əməkdaşlığın yeni bir mərhələyə çatdırılmasına xüsusi ehtiyac var. O, deyib ki, birgə fəaliyyət planında bır sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr sırasına mədəni, tarixi dəyərlərimizin qorunması və təbliği, dövlətçilik ənənələrinin gücləndirilməsi, partiya üzvlərinin, o cümlədən gənclərin muzeylərə, teatrlara gedişinin təmin olunması, nüfuzlu mədəniyyət xadimləri ilə görüşlərin təşkil olunması və s. daxildir. YAP Sədrinin  müavini qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Eləcə də, Heydər Əliyev Fondu tərəfindən mədəni irsimizin təbliğ olunması istıqamətində mühüm layihələr reallaşdırılır.  Yeni Azərbycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə layihələri də bu fəaliyyətə töhfə verəcək”.