YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in sədri Oqtay Əsədov Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir

Mayın 20-də Ukrayna Ali Radasında bu ölkənin altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi başlayıb.

Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan parlamentinin aparat rəhbəri Səfa Mirzəyev, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil edirlər.

Andiçmə mərasimində təxminən 60 ölkənin prezidentləri, hökumət başçıları və nazirləri iştirak edirlər.

Andiçmə başa çatdıqdan sonra Mariinski Sarayında Ukraynanın Silahlı Qüvvələrinin iştirakı ilə dövlət bayrağının qaldırılması mərasimi və xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçiriləcək.