YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Hər bir azərbaycanlı beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentini dəstəkləməlidir

“Hər bir azərbaycanlı beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentini dəstəkləməlidir”. Bu fikri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru  Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.

H.Babaoğlu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfəri zamanı mühüm görüşlər keçirdi. Belə ki, dövlətimizin başçısı səfər zamanı  Belçika kralı, eləcə də Avropa İttifaqı Şurasının prezidenti ilə görüşlərində ölkəmizin ərazi bütövlüyü məsələsini qaldırdı.

 “Belə olan halda, xaricdə yaşayan azərbaycanlılar işğalçı ölkənin baş nazirinə qarşı protest etməli, işğalçı tərəfə öz etiraz səsini ucaltmalıdır. Son dövrlərdə bu istiqamətdə ciddi işlər aparılır. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib işlər görür”-deyə, millət vəkili qeyd edib.