YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Təhsil haqqında” qanuna dəyişiklik edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar. Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.