YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanda idmanın inkişafına diqqət yüksək səviyyədədir

“Azərbaycanda idmanın inkişafına  diqqət yüksək səviyyədədir”. Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, mayın 16-da Bakı şəhərində bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının möhtəşəm açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Birinsi vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanın Əliyeva iştirak edib. Millət vəkilinin sözlərinə görə, Mehriban xanım Əliyeva Gimnastika Federasiyasına rəhbərlik etməyə başlayandan sonra respublikamızda bu idman növünə diqqət və qayğı daha da artıb.

“Artıq Bakıda bədi gimnastika üzrə Avropa Çempionatı 4-cü dəfədir ki keçirilir. Bu Azərbaycan idmanının, ümumilikdə Azərbaycanın ildən-ilə artan nüfuzundan xəbər verir.Azərbaycanda idmanın inkişafına  qayğı və diqqət yüksək səviyyədədir. Bunun nəticəsində Azərbaycan idmançılarının uğurları ildən ilə artır. Azərbaycan artıq idmanın müxtəlif növləri üzrə Dünya və Avropa çempionatlarının, I Avropa Oyunlarının , IV İslam Həmrəyliyi Oyunlarının və digər mötəbər beynəlxalq yarışların keçirildiyi bir İdman ölkəsinə çevrilib”-deyə, R.Əliyev vurğulayıb.