YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gallup International: Ermənistan ən aqressiv ölkədir

Ermənistan aqressiv ölkələr arasında reytinqdə birinci yerdə qərarlaşıb.

Bu barədə “Gallup International” agentliyinin “Global Emotions” reytinqində deyilir.

Qeyd olunur ki, dünyanın 140-dan çox ölkəsində keçirilmiş sorğuda gülüş, narahatlıq, aqressivlik, heyranlıq, təəccüb və digər emosiyalar barədə suallar verilib.

Sorğuya əsasən, Ermənistan əhalisinin 55 faizi daha çox əsəbiləşdiyini deyib.

Bu reytinqdə ilk beşlikdə Ermənistandan sonra İraq, İran, Fələstin və Mərakeş qərarlaşıb.