YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: İnvestisiya layihələrinin reallaşdırılması 10200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir

İndiyədək təkcə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9025 investisiya layihəsinin maliyyələşdirilməsinə 402,8 milyon manat güzəştli kredit verilib. Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Ş.Abdullayev qeyd edib ki, bu layihələr hesabına digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, ət, süd, meyvə-tərəvəz emalı, quşçuluq fabrikləri, tikinti materialları istehsalı müəssisələri və digər obyektlər yaradılıb. Onun sözlərinə görə, görülən işlər nəticəsində  32 minə yaxın yeni iş yeri açılıb.

 «Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4611 sahibkara 248,6 milyon manat güzəştli kredit təqdim olunub ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir»- deyə, icraçı direktor vurğulayıb.