YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüsseldə ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr edilmiş anım mərasimi keçirilib

Brüssel şəhərində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, ölkəmizin NATO yanında nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunu xatırladaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycanın bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Səfir Fuad İsgəndərov Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərin ölkəmizin yenicə əldə etdiyi müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycan Respublikasının hərtərəfli inkişaf konsepsiyasının işlənib hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin rəhbəri Qaya Məmmədov Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin heç bir zaman unudulmayacağını vurğulayaraq, Heydər Əliyevin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını qeyd edib.