YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Ermənistan və erməni diasporu onlara qarşı yaxşı niyyətimizə sağlam yanaşma göstərmədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfəri çərçivəsində Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında ermənilərin 1915-ci il hadisələri ilə bağlı uzun illərdir Türkiyəyə qarşı irəli sürdükləri qondarma “soyqırımı” iddialarının əsassız olduğunu söyləyib. Prezident deyib: “Bizim münasibətlərin qurulması istiqamətindəki səylərimizə baxmayaraq, Ermənistan və erməni diasporu sağlam fikirli yanaşma göstərmədi. Biz “soyqırımı” iddiasının siyasi müstəvidən kənarlaşdırılmasını istədik. Tarixçilərin, elm adamlarının, hüquqşünasların bu məsələni araşdırmasına şərait yaratmaq üçün arxivlərimizi açdıq. Əgər Ermənistanda belə arxivlər varsa qoy onlar da açsınlar. Üçüncü ölkələrdə varsa onlar da belə etsinlər. Ermənistandan fərqli olaraq əlaqələrimizi inkişaf etdirmək üçün addım atan, əlini uzadan yenə biz olduq. Təəssüf ki, bizim heç bir yaxşı niyyətimiz qarşılıq görmədi”.

 

DİGƏR Xəbərlər Arxiv