YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən şəxsi heyət tərəfindən Böyük Vətən müharibəsi illərində həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidələr ziyarət olunacaq, müharibə veteranları ilə görüşlər keçiriləcək, onların qəhrəmanlıqları haqqında filmlər göstəriləcək və digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq.