YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Migel Anxel Moratinos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmasından və tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Ali nümayəndə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

Migel Anxel Moratinos 120 ölkəni özündə birləşdirən təşkilatın terrorizmə qarşı mübarizə və cəmiyyətlərin bu kimi təhdidlərdən qorunması sahəsində fəaliyyətinin gücləndirilməsi niyyəti barədə məlumat verib.

Nazir Elmar Məmmədyarov təşkilat ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirib və Alyansın müasir dövrün çağırışlarına qarşı mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayıb. Forum çərçivəsində “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda paneldə çıxışına istinad edən nazir Elmar Məmmədyarov multikulturalizmə müasir dünyamızda böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıblar.