YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rodriqo Maya: Ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirmək üçün Bakıya gəlmişəm

İki ölkə arasında münasibətləri daha da inkişaf etdirmək üçün Bakıya gəlmişəm.

Bu sözləri Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya deyib.

“Hər dəfə Braziliyada deputatlar palatasının sədri seçiləndə Azərbaycana gəlirəm. Məqsədim iki ölkə arasında münasibətlərin inkişafına təkan verməkdir. Bu işdə Azərbaycan tərəfi hər zaman mənə dəstək olub. Düşünürəm ki, iki ölkə arasında əlaqələrin daha da genişləndirliməsi üçün yaxşı imkanlar var. Bakıda olduğum müddətdə keçirəcəyim görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə xüsusi önəm verəcəyəm”,- deyə Rodriqo Maya bildirib.