YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpur ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını məmnunluqla qeyd edən Hadi Süleymanpur Forumun önəmli mövzuya həsr edildiyini bildirib, tədbiri yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan tərəfini təbrik edib.

Baş katib ECO çərçivəsində həyata keçirilən islahatlar və gələcək layihələr barədə Azərbaycan tərəfini məlumatlandırıb.

Öz növbəsində, nazir Elmar Məmmədyarov ECO məkanında həyata keçirilən regional iqtisadi layihələrin tərəfimizdən dəstəkləndiyini bildirib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrdən danışan nazir ECO-ya üzv dövlətlərin bu layihələrdən faydalanması imkanlarından bəhs edib.

Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika, bağlılıq və digər sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.