YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Akif Əlizadə: AMEA iyirmiyə yaxın dövlət proqramının icrasında iştirak edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) iyirmiyə yaxın dövlət proqramının icrasında iştirak edir.

Bu sözləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın illik ümumi yığıncağında söyləyib.

Akademik Akif Əlizadə deyib: “Bu proqramlar ölkənin sosial-iqtisadi inkişafının ən müxtəlif sahələrini əhatə edir və akademiya bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək. Alimlərimiz dövlətin elmi-texniki siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində fəaliyyətlərini daha da gücləndirməlidirlər”.