YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü başa çatıb

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüşü başa çatıb.

Üçüncü sərbəst yürüşündə “Ferrari” komandasının pilotları fərqləniblər.

Şarl Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. İlk üçlüyü Maks Ferstappen (“Red Bull Racing Honda”) tamamlayıb.

Saat 17:00-da isə Formula 1 yarışlarının sıralanma turu keçiriləcək.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.