YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Azərbaycan ən çox islahat aparan ilk 10 ölkə sırasındadır

“Uğurlu iqtisadi islahatlar həyata keçirən və biznes mühitinin təkmilləşdirilməsi sahəsində mövcud qanunvericiliyi daha da təkmilləşdirən Azərbaycan dünyanın ən mötəbər təşkilatlarının hesabatlarında mövqeyini yaxşılaşdırmaqdadır. Bunun ən mühüm göstəricilərindən biri kimi ölkəmiz “Doing Business 2015” hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə qərarlaşıb”. Bu barədə YAP Siyasi Şurasının üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2015” hesabatı şərh edərkən bildirib.

Aydın Hüseynov qeyd edib ki, biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən yeni hesabatda Azərbaycanın mövqeyi 8 pillə yaxşılaşıb.

Aydın Hüseynovun sözlərinə görə, ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini saxlayıb. Respublikamız ilk dəfə olaraq reytinqdə iki Baltikyanı ölkəni - Latviya və Litvanı qabaqlayır. “Hesabatda Azərbaycanın 3 indikator üzrə (“Əmlakın qeydiyyatı”, “Biznesə başlama” və “Vergilərin ödənişi”) həyata keçirmiş islahatlar xüsusilə qeyd olunmuşdur. “Biznesə başlama”da qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, “Əmlakın qeydiyyatı”nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimində inteqrasiyası, “Vergilərin ödənişi”ndə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi ayrıca vurğulanıb. Həmçinin, ölkəmizin «əmək bazarının səmərəliliyi», «texnoloji səviyyə», «maliyyə bazarının inkişafı» göstəriciləri üzrə də mövqeyi yaxşılaşıb”.

YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini onu da bildirib ki, ölkəmizin yeni reytinqdə mövqeyinin yaxşılaşması Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. “Azərbaycan son 10 ildə iqtisadi və sosial sahələrin inkişafında yüksək nəticələrə nail olub. Ölkədə ümumi daxili məhsul (ÜDM) 3 dəfədən çox artıb. İqtisadiyyatın qeyri-neft sektorunun artım tempi son 10 ildə orta hesabla 10 faiz təşkil edib. 2013-cü ilin nəticələrinə görə, ölkə ÜDM-i 5,8 faiz, qeyri-neft sektoru isə 10 faiz artıb". A.Hüseynov qeyd edib ki, respublikamızın hesabatda mövqeyinin yaxşılaşması, xüsusilə də, biznesin vəziyyəti ilə bağlı dünyanın ən yaxşı 10 ölkəsi sırasına daxil olması Azərbaycanda azad sahibkarlığın və əlverişli biznes mühitinin olduğunu göstərir. Bu factor xarici investorların ölkəmizdə hüquqlarının ən yüksək səviyyədə qorunmasına dəlalət edir. Beləliklə, yeni reytinq dünyabıbn xarici investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına, yeni sərmayə qoyuluşlarına səbəb olacaq. Yeni investisiyalar isə regionlarda yeni müəssisələrin yaradılması, əlavə iş yerlərinin açılması, məşğulluğun səviyyəsinin yüksəlməsi üçün güclü zəmin deməkdir.