YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Paris görüşündə status-kvonun qəbuledilməzliyinin diqqət mərkəzində olması əhəmiyyətlidir

«Hesab edirəm ki, prezidentlərin Paris görüşü çərçivəsində əldə edilmiş razılaşmalar ona xidmət edir ki, atəşkəs qorunub saxlanılsın və hərbi insidentlərdən imtina edilsin».  Bu fikri YAP-ın Beynəlxalq komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Fransa tərəfinin əsas niyyətlərindən biri o idi ki, Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli ilə bağlı səyləri daha da instensivləşdirsinlər. Onun fikrincə,  burada ən maraqlı məqam status-kvonun qəbuledilməz olduğu, yəni dəyişilməsinin vacibliyinin önə çəkilməsi idi.

«Amma bütövlükdə danışıqlar prosesinə qiymət verərkən hesab edirəm ki, Fransa prezidenti Böyük Sülh Sazişinin təklif edilməsi ilə bağlı prosesin başladılmasının vacibliyini qeyd edir. Düşünürəm ki, bu bizim üçün olduqca əhəmiyyətli məsələdir. Azərbaycan tərəfi Paris danışıqlarına da, məhz bu ideya ilə getmişdi. Amma Ermənistan tərəfinə görə ən ümdə məsələ Böyük Sülh Sazişinin hazırlanmasının təklif edilməsi deyil, əsas problemin həlli ilə bağlı prinsiplərin müəyyən edilməsidir. Prinsipə gəldikdə isə onlar ilk növbədə, millətlərin öz müqəddəratını təyinetmə məsələsini ön plana çəkirlər. Hesab edirəm ki, Fransa prezidenti bu baxımdan Azərbaycanın mövqeyini müdafiə edib»- deyə, politoloq qeyd edib.