YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Qanuna edilən dəyişikliklər nəticəsində insanların sağlamlığına təhlükə törədə biləcək halların aşkar edilməsi sahəsində işlər daha da ciddiləşdiriləcək

«Parlamentin son iclasında “Yeyinti məhsulları haqqında” qanuna edilən dəyişikliklərin əsas məqsədi istifadə müddəti vaxtı keçmiş yeyinti məhsullarının dövriyyədən çıxarılmasıdır». Bu fikri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bu dəyişiklik yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsini daha da gücləndirəcək. Onun sözlərinə görə, həmçinin, insanların həyatı və sağlamlığına təhlükə törədə biləcək halların aşkar edilməsi sahəsində işlər daha da ciddiləşdiriləcək.

«Qanuna edilən dəyişikliklərin məqsədi həm də odur ki,  sertifikatların (şəhadətnamələrin) alınmasına görə dövlət rüsumunun ödənilməsi zamanı korrupsiya və digər neqativ halların qarşısının alınması və müasir ödəmə (nağdsız) sistemlərinin tətbiqinin genişləndirlməsidir. Belə ki, qanunun 6-cı maddəsində birinci hissəyə “Yeyinti məhsullarına verilən uyğunluq sertifikatı həmin məhsulun son yararlıq müddətinədək verilir” məzmunda cümlə əlavə edilib. Eyni zamanda, “Sertifikatın (şəhadətnamənin) alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməlidir” məzmunda dördüncü hissə əlavə olunub»- deyə, komitə sədri vurğulayıb.