YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik

Azərbaycan islahatların keçirilməsində böyük irəliləyişə nail olub.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda "Alumni Fair" təhsil sərgisi zamanı deyib.

O deyib: "Biz Azərbaycanın islahatların keçirilməsində səylərini dəstəkləyirik. Azərbaycan bu sahədə böyük irəliləyişə nail olub".

Diplomat qeyd edib ki, Azərbaycan hələ gənc ölkədir, hələ bir çox işlər görülməlidir:

"Biz hökumətin iqtisadi, sosial sektorlarda və vətəndaş cəmiyyəti sahəsində islahatlarını dəstəkləyirik".