YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək

“Son bir ildə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşmasına istiqamətlənib”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatların mühüm elementlərindən biri də ölkədə sosial təminat sisteminin yenidən qurulmasıdır. Bu sistem çərçivəsində ödənilən müxtəlif növ müavinət, təqaüd və digər sosial ödənişlərin davamlı artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə verib.

“2019-cu ilin əvvəlindən etibarən sosial-iqtisadi sferada sistemli dəyişikliklər başlanıb. Prezident İlham Əliyevin sosial paketlərdən ibarət olan yeni islahat kursu növbəti dəfə təsdiqləyir ki, O, hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Dünyada baş verən çoxsaylı mənfi proseslərə baxmayaraq Azərbaycan son bir ildə ictimai-sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirmiş , xalqın əmin amanlığınıın təmin olunması , əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin edib. Bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin müəyyəmləşdirdiyi və rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, müdrik siyasət nəticəsində respublikamiz uğurla inkişaf edəcək və qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək”-deyə, R.Əliyev vurğulayıb.