YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir

“Azərbaycan tərəfi hər zaman birmənalı olaraq beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipindən çıxış edərək münaqişənin həllində maraqlıdır. İstənilən halda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda olan irəliləyiş, sülhə təşəbbüs müsbət hal kimi dəyərələndirilməlidir”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

 S.Əliyeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Vyana və Moskva görüşləri əhəmiyyətlidir. Onun sözlərinə görə, problemin həlli istiqamətində xalq diplomatiyasından istifadə olunması da faydalı ola bilər.

“Dəfələrlə bu məsələ gündəmə gəlib, Azərbaycan tərəfi konstruktiv mövqe sərgiləsə də qarşı tərəf buna adekvat cavab verməyib. Dünyada xalq diplomatiyasından istifadə təcrübəsi var. Hər iki icmanın görüşməsində fayda var. Münaqişənin həlli istiqamətində icmaların da yanaşma tərzinin və Ermənistan ictimaiyyətinin fikrinin öyrənilməsi Azərbaycanın bu iqtiqamətdə gələcəkdə atacağı addımlara da dair təsirini göstərməsi mümkündür. Münaqişə öz həllini tapacağı təqdirdə Azərbaycan erməni icmasının Azərbaycan torpaqlarında yaşamasına etiraz etmir və hal hazırda Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir. Bu gün Azərbaycan da 30 000 erməni yaşayır və onlara cəmiyyət və dövlət tərəfindən hər hansı bir ayrıseçkilik, təyziqlər edimir. Dünyada tarix boyu baş verən bütün münaqişələr kimi bu münaqişə də əvvəl axır bitəcəkdir.  Odur ki, münaqişənin həlli istiqamətində bütün təşəbbüslər dəyərləndirilməlidir. Həm də, bu dəfə tərəflər razılaşmaların kağız üzərində qalmamasında maraqlıdırlar. Buna görə də, Ermənistan cəmiyyəti xalq diplomatiyasından istifadə məsələsinə maraq göstərərsə müəyyən irəliləyişlərin olmasına ümid etmək mümkündür”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv