YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır

“Ötən bir il ərzində bütün sahələrdə əldə olunan uğurlar son 15 ildə görülən işlərin məntiqi davamıdır. Bu, hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır”. Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, son bir ilə nəzər salsaq görərik ki, bu ilin hər ayı, hər günü mühüm hadisə ilə tarixə yazılıb. Bu baxımdan, enerji sektorunda atılan addımlar da önəmlidir. Belə ki, ötən il Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin keçirilməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolundan xəbər verir. Həmçinin bu dəhliz ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, eləcə də zəngin təbii qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixracını təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcəkdir. Bu mühüm hadisənin ardınca iyun ayında Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP-ın Türkiyənin Əskişəhər şəhərində açılış mərasimi keçirildi. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü oldu.

“Bu uğurların davamı olaraq ötən ilin oktyabrında SOCAR-ın həyata keçirdiyi investisiya layihələrindən olan “Star” neft emalı zavodu istifadəyə verildi. Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq uğurla fəaliyyət göstərir. Enerji sektorunda uğurlarımız davamlıdır və bu sahədə yeni-yeni nailiyyətlərimiz olacaq ”-deyə, deputat qeyd edib.