YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Qazanılan uğurların əsasında ictimai-siyasi sabitlik dayanır

“Qazanılan uğurların əsasında ictimai-siyasi sabitlik dayanır. Çünki sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz”. Bu fikirləri  Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, Azərbaycanda 15 ildən çox müddətdə həyata keçirilən sosial, iqtisadi islahatların son 1 il müddətində daha fərqli şəkildə həyata keçirilməsi vətəndaşlarımızın sosial müdafiəsini daha da yaxşılaşdırıb.

“Son bir il ərzində Azərbaycan vətəndaşları ölkə başçısının xüsusi qayğısı ilə əhatə olunub. Bir il müddətində demək olar ki, Azərbaycan dövlətinə xalqın inamının gücləndirilməsi yönümdə mühüm addımlar atılıb. Amma bütövlükdə Azərbaycanda dünyaya nümunə olan sabitliyin qorunub saxlanması ilin ən böyük, vacib hadisəsidir. Bu  sabitlik ölkəmizin inkişafında kifayət qədər ciddi amildir”-deyə, F.İbrahimli qeyd edib.